Şənbə, 20.04.2024, 06:18
Приветствую Вас QONAQ | RSS
9-1 sinfinin rəsmi səhifəsi
Главная
Регистрация
Вход
Меню сайта

Разделы новостей
Musiqi [89]
Xeberler [41]
Islam Dünyası [6]
Əyləncə Dünyası [9]
Oyunlar [7]
Divar Kagizlari [17]
Mobil Dunya [21]
Soft Proqramlar [39]

Мини-чат

Главная » 2008 » Mart » 8 » ISLAM(Islam sozunun menasi)
ISLAM(Islam sozunun menasi)
14:42

İslam – sözdə əl-İslam, əl-İstislam itaət etmək, bağlanmaq deməkdir.
Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, boyun əymək, şirkdən və müşriklərdən uzaq olmaq ilə Allaha təslimiyyət deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).
Allahın bütün insanlardan iman etməsini əmr etdiyi İslam, bütün Peyğəmbərlərin də iman etdiyi tək dindir. İtaət və təslimiyyət göstərən isə müsəlman adlanır. Xatırla ki, o zaman həvvarilərə: (İsanın on iki əshabəsinə) « Mənə və Peyğəmbərimə iman gətirin!» deyə əmr etmişdim. Onlar isə: «Bizim müsəlman olmağımıza şahid ol!» deyə cavab vermişdilər. (əl-Maidə 111). Rəbbi İbrahimə: «Təslim ol!» dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum» - deyə cavab vermişdi. (əl-Bəqərə 131). «(İbrahim və İsmail) Ey Rəbbimiz! Bizim hər ikimizi sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri sənə təslim (İslam) olan ümmət et». (əl-Bəqərə 128). (Bir zamanlar Nuh belə demişdir) «Mənə müsəlmanlardan olmaq əmr edilmişdir». (Yunis 72). İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: «Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz». (əl-Bəqərə 132). Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, ona təvəkkül edin». (Yunis 84).
Ayələrə nəzər saldıqdan sonra görürük ki, Allahın göndərdiyi ilk Rəsuldan düz son Rəsula qədər bütün Peyğəmbərlər Allaha təslim (İslam) olmuş və onların dinləri də İslam adlandırılmışdı. Peyğəmbərlərinə tabe olanlar isə onların dövründə müsəlman idilər.Məs: Xristianlar İsa – əleyhissəlam – ın dövründə, Yəhudilər Musa – əleyhissəlam – ın dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Məhəmməd – səllAllahu aleyhi və səlləm- gəldikdən sonra Allah bütün bu dinləri nəsx etmiş və onlar Məhəmməd – səllAllahu aleyhi və səlləm – i inkar etdiklərinə görə artıq müsəlman deyildilər. Çünki hər bir göndərilən Peyğəmbər öz qövmünu, tayfasını və ya öz dövlətini qorxutmaq (Allahın əzabı ilə ) və müjdələmək ( Allahın Cənnəti ilə) üçün göndərilmişdir. «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).
Məhəmməd – səllAllahu aleyhi və səlləm – isə bütün bəşəriyyətə göndərilmişdi. «Biz səni aləmlərə rəhmət olaraq göndərdik». (əl-Ənbiya 107). Hədislərə gəlincə Rəsulullah – səllAllahu aleyhi və səlləm- buyurmuşdu: «İstər Yəhudi, istər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman etməzsə mütləq Cəhənnəm atəşini dadar». Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istəyənlər İslama girərək, İslam Peyğəmbəri Məhəmməd – səllAllahu aleyhi və səlləm – ə tabe olmaq məcburiyyətindədirlər. Ancaq bu şəkildə, Allahın salat və salamı onların üzərinə olsun Musa, İsa və Məhəmməd – əleyhissəlam – a həqiqi şəkildə itaət etmiş olarlar.

Ardı var...>

Категория: Islam Dünyası | Просмотров: 1608 | Добавил: CoZ@_NoStR@ | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Mart 2008  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Поиск

Друзья сайта

Статистика

Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər 0


Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz