Çərşənbə, 24.04.2024, 06:11
Приветствую Вас QONAQ | RSS
9-1 sinfinin rəsmi səhifəsi
Главная
Регистрация
Вход
Меню сайта

Разделы новостей
Musiqi [89]
Xeberler [41]
Islam Dünyası [6]
Əyləncə Dünyası [9]
Oyunlar [7]
Divar Kagizlari [17]
Mobil Dunya [21]
Soft Proqramlar [39]

Мини-чат

Главная » 2008 » Mart » 16 » ISLAM Sözünün mənası (2)
ISLAM Sözünün mənası (2)
19:35

Ardı

Maraqlı burasıdır ki, bu dinin adı nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə bağlıdır. Necə ki, digər dinlərin adlarına nəzər salsaq, Xristianlıq İsa – əleyhissəlam – ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından, həmçinin Konfusianizm Konfusianın adından, Marksizm-Karl Marksın adından götürülmüşdü. Yeganə İslam dinidir ki, bu sadaladıqlarımızdan heç birinə məxsus deyildir. Çünki bu adı ona Allah – sübhənəhu və təala- vermişdi. «Allah dərgahında din, əlbəttə ki, İslamdır». (Ali-İmran 19).
İslam dinidir ki, Allahın dərgahında qəbul edilən və qəbul edənə fayda verəndir. «Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83).
İslam dinidir ki, Allah onu Məhəmmədə və ümmətinə lütf etmişdir. «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).
İslam dininin mərtəbələri, rukunları haqqında bizə ( müsəlmanlara) məlumatı Rəsulullah – səllAllahu aleyhi və səlləm – in sünnsində varid olunmuş Cəbrayıl – əleyhissəlam – ın hədisi xəbər verir. Ömər – radıyAllahu anhu- rəvayət edir ki, bir gün Rəsulullah – səllAllahu aleyhi və səlləm – in hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində sələf əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər – səllAllahu aleyhi və sələm- in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: «Ey Məhəmməd, mənə İslam haqqında xəbər ver». Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurdu: «İslam, Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Beyti imkan olduqca həcc etmək». (Adam): Doğru söylədin, dedi. (Ömər) dedi: «Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi». (Yenə) soruşdu: «Mənə iman haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və xeyir və şərin Allahdan olmasına inanmaqdır». (Adam): « Doğru söylədin» dedi. Bu dəfə «Mənə Ehsan haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu görməsən də, o, səni görür». (Adam): «O halda mənə Qiyamət saatı haqqnda xəbər ver». Rəsulullah- səllAllahu aleyhi və səlləm- buyurdu: «Soruşulan soruşandan çox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hüdür bina tikməkdə bir-birləri ilə yarışmaları». (Ömər) dedi: Sonra o adam durub getdi». Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?» Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər) buyurdu: «O, Cəbrayıl – əleyhissəlam – idi. Sizə dininizi öyrətməyə gəlmişdi». Həmçinin Əbu Abdurrəhman b. Ömər b. əl-Xəttab – radıyAllahu anhu – rəvayət edir ki, mən Rəsulullah – səllAllahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim. «İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ilahi olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq». Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Buna görə də İslam dini üç mərtəbədən ibarətdir.
1. İslam. 2. İman. 3. Ehsan.
Hər bir mərtəbənin də öz rukunları vardır.
İslam haqqında çox geniş danışmaq olar, lakin mən, hörmətli bacı və qardaşlarım, ilk
öncə özümə, sonra da sizə İslam dinini gözəl bir şəkildə öyrənməyinizi və bu dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünki Rəsulullah – səllAllahu aleyhi və səlləm – bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi. Əbu Hüreyrə, İbn Ömər – radıyAllahu anhumə – dən gələn rəvayətdə Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi yenə də qəribliyə dönəcəkdir. Xoşbəxtdir o qəriblər». Allah bizi də onlardan etsin.

Категория: Islam Dünyası | Просмотров: 1079 | Добавил: CoZ@_NoStR@ | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Mart 2008  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Поиск

Друзья сайта

Статистика

Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər 0


Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz