Çərşənbə Axşamı, 24.10.2017, 01:19
Приветствую Вас QONAQ | RSS
9-1 sinfinin rəsmi səhifəsi
Главная
Регистрация
Вход
Меню сайта

Разделы новостей
Musiqi [89]
Xeberler [41]
Islam Dünyası [6]
Əyləncə Dünyası [9]
Oyunlar [7]
Divar Kagizlari [17]
Mobil Dunya [21]
Soft Proqramlar [39]

Мини-чат

Главная » 2008 » Aprel » 26 » Bunları Unutmayın!!!
Bunları Unutmayın!!!
19:03

Allahın çox bağışlayıcı olduğunu, tövbə imkanının daima sizin üçün var olduğunu unudmayın.
Siz hər hansı bir xəta etsəniz onu bir daha təkrarlamamaq şərtilə peşmanlıq çəkib Allaha yönəlsəniz, Ondan bağışlanmanızı diləsəniz O sizin tövbələrinizi qəbul edər. Allah Təala Zümər 53-də buyurur: (Ey Peyğəmbər) de ki: Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümüdsüz olmayın. Allah (tövbə etdiyinizdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.

Unudmayın ki, ölüm sizə gəlib çatanda etdiyiniz tövbə qəbul olunmaz

Hamının tanıdığı Firon dənizdə boğulduğu an iman etmiş, Allaha yalvarmağa başlamışdı. Ancaq Allah onun tövbəsini qəbul etməmişdi. Allah Təala Nisa 17-də buyurur: Günah işlər görməkdə davam edərək ölüm yetişən anda "Mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbələri qəbl olunmaz. Biz onlar üçün şiddətli əzab hazırlamışıq.

Allahın sonsuz səbrini unudmayın

Əgər bir insan günah işlərsə o özünə zülm etmiş sayılır. Allah insanın özünə etdiyi zülmə görə ona tövbə üçün vaxt (əcələ qədər) verir. Əgər həmin adam günahının ardından tövbə edib bir daha həmin günahı təkrarlamazsa onda Allah onu bağışlar. Allah Təala Nəhl 61-də buyurur: Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzərində heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə onlar bircə saat belə nə yubanar, nə də tələsərlər.

Allaha qulluq etmənizdən başqa yolunuz olmadığını unudmayın

Allah Təala Zariyat 56-da buyurur: Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.

Nəticə olaraq RƏBBİNİZ OLAN ALLAHI UNUDMAYIN.

Allah Təala Enam 101-103-də buyurur: O göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir rəfiqəsi yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir. O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O hər şeyə vəkildir. Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır.

Sizi Yoldan çıxardmaq üçün var gücüylə çapalayıb çalışan şeytanın varlığını unutmayın.

Allah Təala Yasin 60-62-də buyurur: Ey Adəm övladı. Məgər Mən (dünyada) sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir" deyə buyurmadımmı? Həqiqətən şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
Sizi Allahdan, Dindən və Qurandan uzaq tutmağı özünə hədəf seçən bir düşməniniz olduğunu yaddan çıxartmayın.

Çünki o sizi bir an da olsun unutmur, pusquda gözləyir. Şeytan Allaha baş qaldıraraq qullarını yoldan çıxaracağına söz vermişdir. Allah Təala Əraf 11-18-də buyurur: Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah İblisə: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu " deyə buyurdu. İblis: "Mən ondan daha yaxşıyam (üstünəm) , Sən məni oddan, onu isə palçıqdan yaratdın." dedi. Allah buyurdu: "Oradan (cənnətdən) aşağı en. Orada (Cənnətdə) sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən." İblis dedi: "Mənə qiyamətə qədər möhlət ver." Allah buyurdu: "Sən möhlət verilənlərdənsən" İblis dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini sükr edən görməyəcəksən " Allah buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan hər kim sənə uysa, (cəzasını alacaq) . Əlbəttə Cəhənnəmi sizin hamınızla dolduracağam "
Yuxarıdakı ayələrdən aydın olduğu kimi şeytan insanın açıq düçmənidir. Qovulmuş Şeytan sizi cəhənnəmə soxana qədər rahat etməyəcək.

Bu halda ona qarşı hər an oyaq olmanız , onun heç bir çağrısına qulaq verməmənizi unutmayın
Allah Təala Sad 85-də buyurur: Mən mütləq cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam.

Siz şeytanın möminlərə gücü çatmadığını bilin.

Ayələrdən məlum olur ki, şeytanın gücü yalnız səmimiyyətlə iman etməmiş kimsələrə çatır. Allah Təala Hicr 39-40-da buyurur: İblis dedi: "Ey Rəbbim. Məni rəhmətindən kənar etməyinə and içirəm ki, mən də insanlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa "
Əlbəttə möminlər də xəta edirlər. Amma onlar Allahın rəhmətindən heç vaxt ümüdlərini kəsməzlər. Allah tez tövbə edib günahlarının bağışlanmasını istərlər. Allah Təala Nəhl 99-100-də buyurur: Həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir. Unutmayın ki, şeytan özü kimi sizi də hörmətsiz, itaətsiz, kibirli, əxlaqsız olmanızı, Allahın xoşuna gəlməyən hər cür hərəkətləri etmənizi istər. Allaha qarşı zənn etmənizi istər. Allah Təala Qurani Kərimdə bütün bunların qarşısını alır. Allah Təala Bəqərə 168-169-da buyurur: Ey insanlar. Yer üzərindəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar işləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edər.
Allah Təala Bəqərə 268-də buyurur: Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər. Allah isə əksinə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allahın mərhəməti genişdir. Allah hər şeyi biləndir.
Ən maraqlısı ondadır ki, şeytan insana onun törətdiyi pis, əxlaqsız əməlləri gözəl, bər-bəzəkli göstərir. Allah Təala Ənam 43-də buyurur: Barı əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara bər-bəzəkli göstərmişdi.
Və beləcə davam edərək həmin insanlar Allahın ayələrindən uzaqlaşarlar. Allah Təala Əraf 175-də buyurur: (Ya Məhəmməd) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.

Şeytanın fərqli insanlar üçün fərqli taktikalar seçdiyini və sizin də zəif yerinizdən vurduğunu unutmayın.
Şeytan adətən insanın beynində uzun vədəli planlar qurur və onun başını bu planlarla məşğul edir və onu Allahı yada salmasından bu cür çəkindirir. O sizi Allahı unuddurmağa çalışır. Allah Təala Mücadələ 19-da buyurur: Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Xəbəriniz olsun ki, Şeytanın firqəsi - məhz onlar, ziyana uğrayanlardır.

İnsanlar arasına kin və düşmənçilik soxan ancaq və ancaq şeytandır.
Allah Təala Məryəm 83-də buyurur: (Ey Məhəmməd) Məgər kafirlərin üstünə onları yoldan çıxardıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
Şeytanın varlığını unudan bir insan öz başındakı fikirlərin onun öz fikirləri olduğunu düşünür, amma əksinə bunlar hamısı şeytanın vəsvəsələridir. Allah Təala Əraf 200-201-də buyurur: Əgər sənə şeytandan bir vəsvəsə gəlsə Allaha sığın. Şübhəsiz Allah eşidən və biləndir.
Şeytanın ən böyük vəzifəsi unuddurmadır. Şeytan insana ona lazım olan şeyləri unuddurur. Nəticə olaraq şeytan da Allahın yaratdığıdır. Və o ancaq inkarçıları azdıra bilər.

Şeytan bu dünyada cahillərə özünü necə yaxın dost göstərsə də qiyamətdə onları tək-tənha buraxacağını unudmayın.
Allah Təala İbrahim 22-də buyurur: İş bitdikdə (cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə daxil olandan sonra) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək. ?Allah (peyğəmbərlər vasitəsilə) sizə (sizə pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdir, mən də sizə vədettim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim süzün üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabə edə biləcək bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni Allaha şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim).? Həqiqətən zalimləri şiddətli əzab gözləyir.
Nəbadə unudasınız ki, dünyada şeytanın vəsvəsələrinə uyan, onun yolu ilə gedənin yeri axirətdə cəhənnəmdir. Allah Təala Məryəm 68-də buyurur: (Ey Məhəmməd). Rəbbinə and olsun ki, biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik. Başqa bir ayədə (Fatır 6) Allah Təala belə buyurur: Həqiqətən şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır.
Nəticədə sizin cəhənnəmə düşüb orada əbədi əzab çəkməyinizi istəyən, bu yazıları oxuyarkən belə sizi gözündən bir an da olsa kənara qoymayan bir düşməninizin olduğunu unudmayın və onun vəsvəsələrindən qorunmaq üçün Allaha sığının.

Категория: Islam Dünyası | Просмотров: 617 | Добавил: CoZ@_NoStR@ | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Aprel 2008  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930

Поиск

Друзья сайта

Статистика

Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər 0


Copyright MyCorp © 2017
Конструктор сайтов - uCoz