Cümə, 19.04.2024, 18:58
Приветствую Вас QONAQ | RSS
9-1 sinfinin rəsmi səhifəsi
Главная
Регистрация
Вход
Меню сайта

Разделы новостей
Musiqi [89]
Xeberler [41]
Islam Dünyası [6]
Əyləncə Dünyası [9]
Oyunlar [7]
Divar Kagizlari [17]
Mobil Dunya [21]
Soft Proqramlar [39]

Мини-чат

Главная » 2008 » May » 17 » EUROVISION-2008
EUROVISION-2008
15:50

Bu ilki müsabiqə haqqında nəyi bilməliyik?

Eurovision Mahnı Müsabiqəsi 2008-də 43 ölkə təmsil olunacaq. Onların beşi (Fransa, Almaniya, İspaniya, Birləşmiş Krallıq və ev sahibi Serbiya) finala avtomatik vəsiqə qazanıb.
Fransa, Almaniya, İspaniya, Birləşmiş Krallıq və ev sahibi Serbiya iki yarım-finaldan birində səs verə bilər. Onların ikisi bir, üçü isə digər yarım-finalda səs verəcək.
Eurovision Mahnı Müsabiqəsinin tarixində ilk dəfə olaraq bu il iki yarım-final mərhələsindən sonra finalda çıxış edəcək 25 ölkənin adı məlum olacaq. İlk yarım-final mərhələsi çərşənbə axşamı günü, mayın 20-də keçiriləcək. Ikinci yarim-final ise 2 gun sonra bas tutacaq.
Azərbaycan ilk yarımfinalda yeddinci çıxış edəcək
Martın 17-i Serbiyanın paytaxtı Belqradda 43 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü baş tutdu. Məqsəd sonuncu püşkatma zamanı yarımfinallarda ölkələrin çıxış ardıcıllığını təyin etmək idi. Belqradın Sava mərkəzində keçirilən püşkatmaya Jelko və Covanna aparıcılıq edirdi. 40 ölkənin öz çıxış nömrəsini püşkatma öyrəndiyi halda Azərbaycan, Yunanıstan və Rusiya nümayəndə heyətini rəhbərlərinə icazə verilimişdi ki, çıxış nömrəsini özü təyin etsin. Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli bizim namizədlərin uğurlu “7” rəqəmi altında çıxış etməsini daha münasib hesab etdi. Çernoqoriyanın çıxışı ilə başlayıb Yunanıstanın ifası ilə yekunlaşan birinci yarımfinalda ardıcıllıq belədir:

1.Çernoqoriya
2.srail
3.Estoniya
4.Moldova
5.San Marino
6.Belçika
7.___Azərbaycan ___
8.Sloveniya
9.Norveç
10.Polşa
11.İrlandiya
12.Andorra
13.Bosniya və Herseqovina
14.Ermənistan
15.Niderland
16.Finlandiya
17.Rumıniya
18.Rusiya
19.Yunanıstan

Çıxış ardıcıllığı ilə yanaşı həm də verilən xalların elan olunma ardıcıllığı da müəyyənləşdirildi:

01.Birləşmiş Krallıq
02.Makedoniya
03.Ukrayna
04.Almaniya
05.Estoniya
06.Bosniya və Herseqovina
07.Albaniya
08.Belçika
09.San Marino
10.Latviya
11.Bolqarıstan
12.Serbiya
13.İsrail
14.Kipr
15.Moldova
16.İslandiya
17.Fransa
18.Rumıniya
19.Portuqaliya
20.Norveç
21.Macarıstan
22.Andorra
23.Polşa
24.Sloveniya
25.Ermənistan
26.Çexiya
27..İspaniya
28.Niderland
29.Türkiyə
30.Malta
31.İrlandiya
32.İsveçrə
33.-_Azərbaycan_-
34.Yunanıstan
35.Finlandiya
36.Xorvatiya
37.İsveç
38.Belarus
39.Litva
40.Rusiya
41.Çernoqoriya
42.Gürcüstan
43.Danimarka

Bəs finalda Azərbaycan neçənci olaraq çıxış edəcək? Bu sualın cavabı mayın 20-si bilinəcək. Ümid edək ki, nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin bizim üçün seçdiyi 7 rəqəmi həmişə olduğu kimi bu dəfə də bizə yalnız və yalnız uğur gətirəcək

Категория: Xeberler | Просмотров: 918 | Добавил: eynsteyn | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  May 2008  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Поиск

Друзья сайта

Статистика

Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər 0


Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz