Cümə, 19.04.2024, 14:38
Приветствую Вас QONAQ | RSS
9-1 sinfinin rəsmi səhifəsi
Главная
Регистрация
Вход
Меню сайта

Разделы новостей
Musiqi [89]
Xeberler [41]
Islam Dünyası [6]
Əyləncə Dünyası [9]
Oyunlar [7]
Divar Kagizlari [17]
Mobil Dunya [21]
Soft Proqramlar [39]

Мини-чат

Главная » 2008 » Mart » 31 » 31 Mart hadiseleri ile bagli acilmamis qaranliq meqamlar varmi?
31 Mart hadiseleri ile bagli acilmamis qaranliq meqamlar varmi?
13:08

Reylerinizi bildirmeyi unutmayin.

31 mart hadisələri ilə bağlı açılmamış qaranlıq məqamlar varmı?
31 mart hadisəsi Sovetlər Birliyi dönəmində Rusiyada vətəndaş müharibəsi fonunda qələmə verilir, qeyri-obyektiv, qərəzli təbliğ olunurdu. Müxtəlif tarixi dönəmlərdə 31 mart hadisələri sinfi mübarizə zəminində vətəndaş müharibəsi kimi göstərilib. Guya Sovet hökumətinə qarşı daxildə bir mübarizə başlayıb və hökumət bunu yatırıb. Ancaq Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra tariximizin bir çox qaranlıq səhifələri yenidən araşdırılıb və obyektiv qiymətini alıb. İstər publisist, istər elmi, istərsə də fundamental əsərlərdə bu əksini tapıb.

- Türk ordusunun köməyə gəlməsi qırğının qarşısını nə dərəcədə alıb?
- O dövrdə Azərbaycan azərbaycanlıların ixtiyarında deyildi. Bakıda Erməni Milli Şurası, Daşnaksütun Partiyası gizli fəaliyyət göstərirdi. Şaumyan özü Daşnaksütun Partiyasının bir növ burada lideri idi. Demokratiya bayrağı adı altında mürtəce ideyalarını yeridirdi. Hakimiyyət demək olar ki, sırf erməni və daşnakların əlində idi. Mart soyqırımından sonra xalqın göz yaşı qurumamış Xalq Komissarları Soveti yaradılmışdı. Bolşeviklər Şaumyan başda olmaqla gözəl bilirdilər ki, heç vaxt xalqın istəyini ödəyə bilməyəcəklər. Çünki Gəncədəki milli hökumətə rəğbət daha güclü idi. Ona görə də, bolşeviklər Gəncəyə hücum edərək milli hökuməti orada boğmaq istədilər. Həmin ərəfədə Qafqaz İslam Ordusu Nurupaşanın rəhbərliyi ilə Bakıya doğru irəliləyir. Bununla da Bakıdan Gəncəyə doğru irəliləyən Şaumyanın rəhbərlik etdiyi qoşunun qarşısı Göyçay ərazisində alınır. İyulun 27-də baş verən qarşıdurmada bolşeviklər məğlubiyyətə uğrayaraq Bakıya geri qayıdırlar. Nəticədə sentyabrın 15-17-də Qafqaz İslam Ordusu Bakıya daxil olur. Əgər türk qoşunları o zaman köməyə gəlməsəydi, türk paşasının dediyi kimi, Azərbaycanda “Allahu-Əkbər” deyən bir nəfər qalmayacaqdı.

31 mart soyqırımının əsas ssenari müəllimləri kimlər idi?

Azərbaycan xalqının qırılmasında, soyqırımın həyata keçirilməsində başlıca günahkarlar Lalayan, Qriqoryan, Mirzoyan və digərləri idi. Onlara qoşulanlar isə ruslar, gürcülər idi. Ancaq məsələni qətiyyən belə qoymaq olmaz ki, azərbaycanlılar özləri də bu qırğına rəvac veriblər. Birincisi, bunun mənəvi tərəfi var. Özümüz-özümüzü millət kimi biabır etməməliyik. İkincisi isə beynəlxalq hüquq normaları var. Əgər soyqırımda soyqırıma məruz qalan xalqdan birinin adı çəkilərsə və iştirakı məlum olarsa, o soyqırım hesab edilmir. Soyqırım dini, milli, irqi əlamətlər üzrə hər hansı bir xalqın, millətin yer üzündən silinməsidir. Soyqırıma məruz qalan xalqın nümayəndəsi əgər bu prosesdə iştirak edirsə, o soyqırım sayılmır. Bunu siyasətçilər, tarixçilər başa düşməlidir. Milli Məclisdə Xocalı soyqırımı gündəmə çıxarılarkən 15-ə qədər azərbaycanlının adı günahkarlar sırasında çəkilirdi. Artıq bu, beynəlxalq hüquqda soyqırım yox, millətin hissələrə bölünməsi və digər xalqlarla birlikdə hər hansı bir faciədə iştirakıdır. Belə məsələlərdə azərbaycanlıları erməni daşnakları ilə eyniləşdirmək olmaz.

Bu faciəni dünya ictimaiyyətinə kifayət qədər çatdıra bilməməyimizin səbəbi nədir?

Burada bütün insanların mövqeyi müəyyən olunmalıdır. Yaxın vaxtlarda Fransada yaşayan kifayət qədər imkanlı bir erməni jurnalistə müsahibə verib. Həmin müsahibədə o bildirir ki, ermənilər bütün xalqlarla oxşardır, ancaq tarixdə onlara dəhşətli zərbə dəyib. Daha sonra müsahibədə o qeyd edir: “Bir erməni kimi mənim missiyam ondan ibarətdir ki, daim bunu duyum, hiss edim və soyqırıma məruz qalmış bir xalq kimi bütün dünyaya bunu təbliğ edə bilim. Mənim erməni varlığım, erməni mənəviyyatım buna xidmət etməlidir”. Arzu edərdim ki, azərbaycanlılar da azərbaycanlı olmağı bacarsınlar. Məsələnin siyasi tərəfi isə ondan ibarətdir ki, dünyada ermənilərin böyük lobbiləri var. Ermənilər ABŞ-da, Fransada keçirilən prezident seçkilərinə təsir edə bilirlər. Bizim, ilk növbədə belə bir maliyyə gücümüz yoxdur. İkincisi, tarix bizə qəribə psixologiya verib. İkinci dünya müharibəsindən sonra əsir düşmüş Cəfər adını Cefri və ya oğlunun adını Henrik qoyub. Ermənilər isə soyadlarında “yan” ifadəsini həmişə saxlayıblar. Bu baxımdan biz özümüzə, tariximizə biganə qalanları qınamalıyıq. Biz dünyanın ən humanist, böyük xalqlarından biri olmaqla yanaşı həm də unutqanıq. Digər tərəfdən, bir-birimizlə didişməyə daha çox başımız qarışır, tariximizi unuduruq. Ona görə də biz bəzən istəyimizə çata bilmirik.
- Ermənilər isə qondarma “soyqırım”ın beynəlxalq aləmdə tanınmasında xüsusi fəallıq göstərirlər. - Ermənilərdən fərqli olaraq, biz bu istiqamətdə passivik. Parlamentə Xocalı soyqırımı ilə bağlı sənəd gətirildi ki, onu müzakirə edərək bütün dünyaya müraciət edək. Sonradan o qaytarıldı və müzakirədən çıxarıldı. Birmənalı şəkildə demək olar ki, tarixin vurduğu yaralar sanki bizdə tez sağalır.

Bu cür qeyri-fəallıqla ermənilərə təbliğat baxımından uduzmuruq ki?

- Son 3-4 ildə Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdıra bilmişik. Beynəlxalq ictimaiyyət indi başa düşür ki, ermənilər Azərbaycanı işğal edib. İndiyə qədər bütün dünya elə bilirdi ki, Azərbaycanın içərisində yaşayan erməniləri biz qovmuşuq, onların hüquqlarını tapdalamışıq. İnsan hüquqları ilə məşğul olan bütün beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanı qınayırdılar. Azərbaycan tamamilə informasiya blokadasında yaşayırdı. Avropa Şurasına üzv olandan, xarici ölkələrlə sıx əlaqə yaradandan sonra beynəlxalq aləmdə məsələ ilə bağlı obyektiv fikir formalaşdı. Faktiki olaraq, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Dünyada yeganə İslam Konfransı Təşkilatıdır ki, Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Bir sıra dövlətlər işğal edənin özünü işğalçı ölkə kimi qəbul etmirlər. Bu da dünyada mövcud olan ikili standartlarla bağlıdır. Digər tərəfdən bizim də zəifliyimiz var. Əgər belə gedərsə, müəyyən dövrdən sonra bütün dünyada qondarma “erməni soyqırımı” tanınacaq və ermənilər bundan istifadə edib gələcəkdə məkrli niyyətlərini həyata keçirmək üçün hüquqi status əldə edəcəklər.

Allah butun olenlere rehmet elesin.

Категория: Xeberler | Просмотров: 1046 | Добавил: eynsteyn | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 CoZ@_NoStR@  
0
Allah Butun olenlere REHMET ELESIN

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Mart 2008  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Поиск

Друзья сайта

Статистика

Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər 0


Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz