Eurovision Mahnı Müsabiqəsi 2008-də 43 ölkə təmsil olunacaq. Onların beşi (Fransa, Almaniya, İspaniya, Birləşmiş Krallıq və ev sahibi Serbiya) finala avtomatik vəsiqə qazanıb. Fransa, Almaniya, İspaniya, Birləşmiş Krallıq və ev sahibi Serbiya iki yarım-finaldan birində səs verə bilər. Onların ikisi bir, üçü isə digər yarım-finalda səs verəcək. Eurovision Mahnı Müsabiqəsinin tarixində ilk dəfə olaraq bu il iki yarım-final mərhələsindən sonra finalda çıxış edəcək 25 ölkənin adı məlum olacaq. İlk yarım-final mərhələsi çərşənbə axşamı günü, mayın 20-də keçiriləcək. Ikinci yarim-final ise 2 gun sonra bas tutacaq. Azərbaycan ilk yarımfinalda yeddinci çıxış edəcək Martın 17-i Serbiyanın paytaxtı Belqradda 43 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü baş tutdu. Məqsəd sonuncu püşkatma zamanı yarımfinallarda ölkələrin çıxış ardıcıllığını təyin etmək idi. Belqradın Sava mərkəzində keçirilən püşkatmaya Jelko və Covanna aparıcılıq edirdi. 40 ölkənin öz çıxış nömrəsini püşkatma öyrəndiyi halda Azərbaycan, Yunanıstan və Rusiya nümayəndə heyətini rəhbərlərinə icazə verilimişdi ki, çıxış nömrəsini özü təyin etsin. Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli bizim namizədlərin uğurlu “7” rəqəmi altında çıxış etməsini daha münasib hesab etdi. Çernoqoriyanın çıxışı ilə başlayıb Yunanıstanın ifası ilə yekunlaşan birinci yarımfinalda ardıcıllıq belədir:
Bəs finalda Azərbaycan neçənci olaraq çıxış edəcək? Bu sualın cavabı mayın 20-si bilinəcək. Ümid edək ki, nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin bizim üçün seçdiyi 7 rəqəmi həmişə olduğu kimi bu dəfə də bizə yalnız və yalnız uğur gətirəcək