Dünyanın ən varlı ulduzları kimdir? «Forbs» jurnalı bu sualın cavabını açıqlayıb. Hollivudun ən çox qazanan ulduzlarının siyahısına aktyor Uill Smitt liderlik edir.O, ildə 80 milyon dollar qazanır. Siyahıya liderlik edən Uill Smittinin gəliri bununla da bitmir. O, keçən il rekord vurub. Ardıcıl 8 filmə çəkilib. Aktyorun hər çəkildiyi film ümumilikdə 100 milyon ABŞ dolları gəlir gətirib. Ən çox uğur və pul qazandığı film isə keçən il vorner brosun çəkdiyi «Mən əfsanəyəm» filmi olub. Əbəs yerə deyil ki, Uill Smitti Hollivudun ən zəhmətkeş aktyoru adlandırırlar. Hollivudun ikinci milyoneri «Karib dənizinin qulduru» - Conni Depp olub.Aktyorun illik gəliri 72 milyon Birləşmiş Ştatlar dollarına çatıb. Komik Edi Mörfi isə 55 milyon dollar qazanmaqla üçlüyə sahib olubƏn bahalı hollivud ulduzlarının onluğuna Mayk Mayer, Leonardo Dikaprio, Brüs Uillis, Ben Stiller, Nikolas Keydj, Uill Ferrel və nəhayət, Adam Sendler də düşüb. Maraqlıdır, onluğa niyə qadın aktrisalarının adı düşməyib? «Forbs»-un yazdığına görə, Hollivudun 10 ən varlı xanımının qonararı kişi həmkarlarından 2 dəfə azdır.